
MÜVƏQQƏTİsif. [ər.] Həmişəlik deyil, müəyyən bir müddətdə olan, davam edən (daimi əksi). Müvəqqəti iş. // Zərf mənasında. Bir yerdə müvəqqəti yaşamaq. - Murad uzun mühakimələrdən sonra özünə çıxacaq yol tapmışdı ki, müvəqqəti olaraq evdən uzaqlaşsın. S.Hüseyn. Müalicə komisyonundan qayıdan kimi Zahid büro çağırıb katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi. Mir Cəlal. // Keçici, ötücü, az vaxt sürüb keçən, sürəksiz. Müvəqqəti hal.
Paylaşın - Hamı bilsin
|