
MÜZÜRRsif. [ər.] Zərərli, ziyan verən, ziyankar, zərər verən, zərəri toxunan. Müzürr adam. - [Mirzə Mustafa] hiyləgər, mərdimazar və Nikolay zamanından bizə irs qalan şeytanların və müzürr ünsürlərin birisi idi. Sultanov. Hələ bəziləri [Naşad əfəndinin] alçaq, müzürr bir şəxsiyyət olduğunu söyləyirdilər. S.Hüseyn. // Eyni mənada həşərat və bitkilər haqqında.
Paylaşın - Hamı bilsin
|