İzahlı lüğət

MÜZAKİRƏ

is. [ər.] Hər hansı bir məsələ ətrafında müəyyən mülahizə və nəticəyə gələrək qərar çıxarmaq üçün bir yerdə oturub danışıq aparma, fikir mübadiləsi etmə. Dissertasiyanın müzakirəsi. - [Şərif:] Ocaqqulu dayı, onları müzakirədə danışarıq. C.Cabbarlı. Bir çox danışıq və müzakirələrdən sonra razılıq əmələ gəldi. S.Hüseyn. □ Müzakirə etmək - hər hansı bir məsələni və ya işi həll etmək və müəyyən qərara gəlmək üçün fikir mübadiləsi etmək. Qərarın layihəsini müzakirə etmək. - Bu maddələri briqadalardan tutmuş mədənlərə qədər hər yerdə müzakirə ediblər. M.Hüseyn. Müzakirə olunmaq haqqında iclasda, müşavirədə və s.-də danışılmaq, fikir mübadiləsi yeridilmək. Məhsul hazırlığı, taxıl biçini müzakirə olundu. Ə.Vəliyev. Müzakirəyə qoymaq - müzakirə etmək üçün məsələni iclasa qoymaq. [Həsənqulu bəy:] Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed