İzahlı lüğət

MÜZTƏRİB

sif. [ər.] klas. Sıxıntı və iztirab içində olan; çox təşvişli, rahatsız, narahat, iztirablı. Müztərib könül (qəlb). - Qoca tarzən Cavadın arvadı müztərib (z.) halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev. Müztərib muzdur vaqonların pəncərələrinə baxabaxa vağzalın axır başınacan getdi. S.M.Qənizadə. [Qurbanəli] sakit və müztərib oğluna baxır. H.Nəzərli. □ Müztərib etmək - iztiraba salmaq, rahatsız etmək, təşvişə salmaq. Bu hal o qadını daha artıq müztərib edəcəkdir. S.Hüseyn. Müztərib olmaq - iztirab keçirmək, rahatsız olmaq, narahat olmaq, təşvişə düşmək. Münəvvər xanım da təhsildən qalıb, .. yoldaşları yadına düşüb, qayət müztərib olmuşdu. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed