İzahlı lüğət

MÜZƏYYƏN

sif. [ər.] Zinətlənmiş, bəzənmiş, bəzək verilmiş; zinətli, bəzəkli. Rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulmuşdur. M.F.Axundzadə. Otağın iki üzbəüz tərəfi döşəklərlə müzəyyən idi. T.Ş.Simurq. □ Müzəyyən qılmaq - bax müzəyyən etmək. Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum; Etmişdir o yerlərə seyli-qəm hücum? M.Hadi. “Şərqi-rus” un səhifələrini əsr və zəmanəmizin şüəra və ədibləri öz gözəl və abdar əşar və kəlamları ilə müzəyyən qılırlar. F.Köçərli. Müzəyyən etmək - bəzəmək, zinətləndirmək, bəzək vurmaq. Fitrət yolunu müzəyyən etdi; Uzün şəmi ilə rövşən etdi. Füzuli. [Nəsir bəy:] Təvəqqe edirəm, birinci badəni içək məclisimizi müzəyyən edən iki gözəl xanımların sağlığına. M.Əliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MEY

MUG

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed