
MÜVƏKKİLis. [ər.] Müəyyən bir işi görmək üçün vəkaləti, səlahiyyəti olan adam. Tədarük müvəkkili. Sığorta müvəkkili. - Pişxidmətbaşıya buyurdu ki: - Qarovul müvəkkillərinə tapşır, qərari-sabiq üzrə hər yerdə qarovul qoysunlar. M.F.Axundzadə. ..Baş əməliyyat müvəkkili kapitan Tərlanovdan xahiş edirdi ki, ciddi əməliyyatlara onu da özü ilə aparsın. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|