İzahlı lüğət

MÜLAYİMLƏŞMƏ (ID - 30049)

“Mülayimləşmək” dən f.is.

MÜLAYİMLƏŞMƏK (ID - 30050)

f 1. Mülayim olmaq, yumşalmaq, həlim olmaq. Xasiyyəti xeyli mülayimləşib.
2. Mülayim olmaq, mötədilləşmək, yumşalmaq. Meşə zonaları salındıqdan sonra iqlim getdikcə mülayimləşir.

MÜLAYİMLİK (ID - 30051)

is. 1. Yumşaqlıq, həlimlik. [Kamalın] üzü adi mülayimliyini itirdi, soyuq və əsəbi bir səmimiyyətlə pərdələndi. C.Cabbarlı.
İsti ilə soyuq arasında olma, mötədillik (iqlim haqqında). Iqlimin mülayimliyi. Mülayimliklə şəklində...

MÜLƏMMƏ (ID - 30052)

is. [ər.] ədəb. 1. Hər misrası başqa dildə olan şeir. Füzulinin müləmmələri məşhurdur.
sif köhn. Ala-bula, rəngbərəng.
sif köhn. Parlaq, parıldayan.

MÜLHƏQ (ID - 30053)

sif [ər.] köhn. 1. Qatılmış, qatışdırılmış, əlavə edilmiş. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Ə.Haqverdiyev.
2. Asılı, əlaqədar. Cənabi-həq o bəhribigirani-mərhəmətdir...

MÜLHİD (ID - 30054)

is. [ər.] Allaha, dinə inanmayan; dinsiz, imansız, kafir. // Söyüş məqamında. Əgər bu mülhid qızı mülhidi bir təhərliklə başımdan rədd edə bilsəydim heç dərdim olmazdı. B.Talıblı.

MÜLK (ID - 30055)

is. [ər.] köhn. 1. Birinə məxsus torpaq sahəsi, malikanə, nəql olunmaz, daşınmaz əmlak. [Hacı Əli:] Bir belə mülkləri dolandırmaq, əlbəttə, asan iş deyildir. N.Vəzirov. // Bina, ev. Həkimin evi.. beşmərtəbəli bir mülkdə idi....

MÜLKƏDAR (ID - 30056)

is. [ər. mülk və fars. ...dar] Torpaq üzərində xüsusi mülkiyyət və onun qalıqları mövcud olan ölkələrdə torpaq sahibi olan zadəgan. Iri mülkədar. Kəndlilərin mülkədarlarla mübarizəsi. - Müsəlman bəyləri və mülkədarları...

MÜLKƏDARLIQ (ID - 30057)

is. Xüsusi mülkiyyət hüququ əsasında torpaq sahələrinə malik olma.

MÜLKİ (ID - 30058)

sif. [ər.] 1. Vətəndaşların hüquqi vəziyyətinə aid olan. Mülki məcəllə. Mülki hüquq.
2. Qeyri-hərbi, əsgəri olmayan; sivil. Mülki hava donanması. Mülki geyim. - Bu dəstənin qabağında mülki paltar geyinmiş bir nəfər gəlirdi....

MÜLK-İMARƏT, MÜLK-MAL (ID - 30059)

top. Mülk, ev-eşik, var-dövlət hamısı bir yerdə. ..Əgər mən müsəlman olandan sonra başıma çarşab salıb üzümü örtsəm, gərək dünyadan əl çəkəm və mülk-malımı atam ərimin üstünə. Məmmədquluzadə. Keçmişdə evlənən...

MÜLKİYYƏT (ID - 30060)

is. [ər.] 1. Birisinə məxsus və onun tam ixtiyarında olan əmlak, şey və s. Dövlət mülkiyyəti.
2. Bir adama, bir şeyə mənsubiyyət, aidiyyət; yiyəlik, sahiblik. Xüsusi mülkiyyət. Torpaq mülkiyyəti. Əmək alətləri üzərində...

MÜLKİYYƏTÇİ (ID - 30061)

is. 1. Mülkiyyət sahibi, yiyəsi. Xırda torpaq mülkiyyətçisi. Xüsusi mülkiyyətçi.
məc. Hər hansı bir şeyi təkbaşına mənimsəməyə çalışan adam.

MÜLKİYYƏTÇİLİK (ID - 30062)

is. Mülkiyyət sahibliyi, yiyəlik, xüsusi mülkiyyətə sahib olma meyli. Mülkiyyətçiliklə mübarizə.

MÜLTƏFİT (ID - 30063)

is. [ər.]: mültəfit olmaq - nəzərə almaq, fıkir vermək, nəzər yetirmək, əhəmiyyət vermək. [Yusif Sərrac:] Əsla bu əmrə mültəfit olmayıb, öz riyasının halına və paytaxtının rövnəqinə təvəccöh etmir. M.F.Axundzadə. [Kəblə...

MÜMANİƏT (ID - 30064)

is. [ər.] Mane olma, maneə, əngəl, maneçilik; qarşıdurma, zidd getmə. Mümaniəti aradan qaldırmaq. □ Mümaniət etmək (göstərmək) - mane olmaq, maneçilik göstərmək, əngəl törətmək. Hər gün sənin hüzuruna mən gəlmək istərəm;...

MÜMANİƏTSİZ (ID - 30065)

sif. və zərfi Maneəsiz, heç bir mümaniət olmadan, əngəlsiz. Mümaniətsiz getmək. Mümaniətsiz daxil olmaq.

MÜMARİSƏ (ID - 30066)

is. [ər.] Bir şeyi (məs.: idman hərəkətlərini, dərs və s.) yaxşı mənimsəmək, öyrənmək üçün təkrar-təkrar edilən məşq, təlim.

MÜMKÜN (ID - 30067)

sif. [ər.] 1. Hər hansı şərait daxilində həyata keçə bilən, ola bilən. [Südabə:] ..Indi deyin görüm, siz kimsiniz? Rica edirəm, mümkünsə bu dəfə həqiqətini deyin. M.İbrahimov. □ Mümkün deyil - imkan xaricindədir, ola bilməz....

MÜMKÜNAT (ID - 30068)

is. [ər. “mümkün” söz. cəmi] bax mümkün 2-ci mənada. Mümkünatı yoxdur.

MÜMKÜNLÜK (ID - 30069)

is. Mümkün ola bilmə, imkan daxilində olma.

MÜMKÜNSÜZ (ID - 30070)

sif. 1. Qeyri-mümkün, mümkünü olmayan.
İmkanı olmayan.

MÜMTAZ (ID - 30071)

sif [ər.] köhn. Seçilmiş, başqalarından seçilən; imtiyazlı. Körpüyə yalnız mümtaz ailələrin üzvləri buraxılırdı. M.S.Ordubadi.

MÜNAQİŞƏ (ID - 30072)

is. [ər.] Çəkişmə, bəhsləşmə, toqquşma, ciddi ixtilaf. Münaqişəyə son qoymaq. - Budur yeni münaqişə başlandı; Oturmaq üstə sözləri uzandı. A.Səhhət.

MÜNAQİŞƏLİ (ID - 30073)

sif Münaqişə doğuran; mübahisəli, ixtilaflı. Münaqişəli məsələ.

MÜNAQİŞƏSİZ (ID - 30074)

sif və zərf Münaqişə doğurmayan; ixtilafsız, mübahisəsiz. Münaqişəsiz məsələ. Müzakirə münaqişəsiz keçdi.

MÜNASİB (ID - 30075)

sif. [ər.] Uyğun, müvafiq, yaraşan. Sən kimi nazəninə nazənin işlər münasibdir. Füzuli. Çoxdur cahan içrə nazənin dilbər; Özümə münasib yarı istərəm. Qurbani. [Zeynal:] Mehriban, özün etiraf edərsən ki, sənin bizdən kənarda...

MÜNASİBAT (ID - 30076)

is. [ər.] Əlaqə, yaxınlıq, münasibət, rabitə. Aralarındakı münasibat gərginləşmişdir. Onların münasibatında soyuqluq hiss olunur. - [fridun] Şəmsiyyə ilə Səlimin arasında münasibatın nə şəklə düşdüyünü, bir anlaşma...

MÜNASİBƏT (ID - 30077)

is. [ər.] 1. İki şey arasındakı nisbət, uyğunluq, müvafiqlik. Sözü ilə əməli arasında münasibət yoxdur. - Nazlının anasına verdiyi sualı ilə yoxsul daxmalarını belə diqqətlə nəzərdən keçirməsinin arasındakı münasibət...

MÜNASİBƏTLİ (ID - 30078)

sif. Yerində, məqamında, zamanında olan. Münasibətli söz. Münasibətli iş.

MÜNASİBƏTLİ-MÜNASİBƏTSİZ (ID - 30079)

zərf Yerli-yersiz, lazım gəldi-gəlmədi. Münasibətli-münasibətsiz çıxış etmək. - Müxatəbinin sözünü yarımçıq qoymaq, münasibətli-münasibətsiz danışmaq bunun köhnə adətidir. Qantəmir.

MÜNASİBƏTSİZ (ID - 30080)

sif. Yersiz, məqamsız, qeyri-münasib, uyğunsuz. Münasibətsiz danışıq. Münasibətsiz hərəkət.

MÜNASİBƏTSİZLİK (ID - 30081)

is. Qeyri-münasib, yersiz, uyğunsuz davranış. [Məmur Cavadla Əliyə:] Rica edirəm, məni bağışlayın, bəlkə münasibətsizlik edirəm. Çəmənzəminli.
[Səlim] başqasının evində münasibətsizlik yapmaq istəmədi.. S.Hüseyn.

MÜNASİBHAL (ID - 30082)

sif. və zərf [ər.] köhn. Münasib, yaraşan, uyğun. Amma .. [paylarda] yengəninki bir az münasibhal olardı. R.Əfəndiyev.

MÜNASİBLİK (ID - 30083)

is. Münasib olma, yaraşma, uyğunluq, müvafiqlik.

MÜNAZİRƏ (ID - 30084)

is. [ər.] köhn. Mübahisə, müzakirə.

MÜNBİT (ID - 30085)

sif [ər.] Əkilən bitkini yaxşı yetişdirən, bol məhsul verən; məhsuldar, bərəkətli. Münbit torpaq.

MÜNBİTLİK (ID - 30086)

is. Yaxşı məhsul vermə qabiliyyəti; məhsuldarlıq. Torpağın münbitliyi.

MÜNCƏR (ID - 30087)

is. [ər.]: müncər olmaq - bitmək, sona çatmaq, tamamlanmaq, nəticələnmək, bir yerə gəlib çatmaq. [Padşah:] Səidlə söhbətiniz nə yerə müncər oldu? Ə.Haqverdiyev. Qonşular bir az söyüşdükdən sonra iş vuruşmağa müncər oldu....

MÜNDƏRİC (ID - 30088)

is. [ər.] köhn. Dərc olunmuş, çap olunmuş. Qarelərimizin diqqətini qəzetimizin 198-ci nömrəsində mündəric “Şayanidiqqətdür” ünvanlı məqaləyə cəlb edir(ik). Ü.Hacıbəyov.

MÜNDƏRİCAT (ID - 30089)

is. [ər. “mündərəcə” söz. cəmi] Kitabın, məcmuənin, əlyazmasının və s.-nin fəsil və başqa tərkib hissələrinin siyahısı. Kitabın (məcmuənin) mündəricatı.

MÜNDƏRİCATLI (ID - 30090)

sif Mündəricatı olan. Mündəricatlı kitab.

MÜNDƏRİCƏ (ID - 30091)

is. [ər.] 1. Bax məzmun 1-ci mənada. ..Təbriz xalqının gələcək vəziyyəti Sərdar Rəşidin çar konsuluna verəcəyi məlumatın mündəricəsindən asılı idi. M.S.Ordubadi. Tapdığın məktubu sadə, üslub və mündəricə etibarilə nağılvariyazıldığı...

MÜNDƏRİCƏLİ (ID - 30092)

sif Mündəricəsi olan, məzmunlu. Zəngin mündəricəli əsər.

MÜNDƏRİCƏSİZ (ID - 30093)

sif Mündəricəsi olmayan, məzmunsuz. Indiyə kimi Meracın danışığının məntiqsiz, mündəricəsiz (z.) olacağını düşünən Bəhram indi onun danışığını dinləməyi qət etdi. Ə.Vəliyev.

MÜNƏCCİM (ID - 30094)

is. [ər.] köhn. 1. Qədim zamanlarda və orta əsrlərdə: Göy cisimlərinin vəziyyət və hərəkətinə əsasən gələcəkdən xəbər vermək iddiasında olan şəxs; astroloq. Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub,...

MÜNƏCCİMBAŞI (ID - 30095)

is. köhn. Baş münəccim, baş astroloq. [Münəccimbaşı] Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzadə. [Xacə:] Qibleyi-aləm, qoca münəccimbaşı Mirzə Cəlaləddin hüzurunuza...

MÜNƏCCİMLİK (ID - 30096)

is. Münəccimin işi, peşəsi; astroloqluq (bax münəccim 1-ci mənada).

MÜNƏQQİD (ID - 30097)

is. [ər.] Tənqidçi. ..[Araz] həyatın acı təcrübələrini dərindən tədqiq və təhlil etmiş olan bir münəqqid .. [kimi] yanaşaraq hər şeyi incədən-incəyə düşündü. Şaiq. Mən uşaqlıqdan başlayıb bu günə qədər bütün həyatımı,...

MÜNƏQQİDLİK (ID - 30098)

is. Tənqidçilik.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed