İzahlı lüğət

MÜNASİB

sif. [ər.] Uyğun, müvafiq, yaraşan. Sən kimi nazəninə nazənin işlər münasibdir. Füzuli. Çoxdur cahan içrə nazənin dilbər; Özümə münasib yarı istərəm. Qurbani. [Zeynal:] Mehriban, özün etiraf edərsən ki, sənin bizdən kənarda qalmağın münasib deyildir. S.Hüseyn. □ Münasib görmək - layiq bilmək, müvafiq hesab etmək, yaraşdırmaq. Qadir .. piyadaların arasında özünün süvari olduğunu münasib görməyib sıçrayaraq atdan düşdü. Ə.Əbülhəsən. Münasib olmaq - uyğun olmaq, müvafiq gəlmək, yaraşmaq, yerində olmaq. [Almaz:] Çünki bu saat qadın azadlığı yolunda apardığımız mübarizədə qadın sədr daha münasib olar. C.Cabbarlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed