
MÜMANİƏTis. [ər.] Mane olma, maneə, əngəl, maneçilik; qarşıdurma, zidd getmə. Mümaniəti aradan qaldırmaq. □ Mümaniət etmək (göstərmək) - mane olmaq, maneçilik göstərmək, əngəl törətmək. Hər gün sənin hüzuruna mən gəlmək istərəm; Bu əmrdən mümaniət eylər həya məni. S.Ə.Şirvani. Zeynal öz qəbahətini düşünərək Səlimin [otağa] keçməsinə mümaniət etməmişdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|