
MÜLTƏFİTis. [ər.]: mültəfit olmaq - nəzərə almaq, fıkir vermək, nəzər yetirmək, əhəmiyyət vermək. [Yusif Sərrac:] Əsla bu əmrə mültəfit olmayıb, öz riyasının halına və paytaxtının rövnəqinə təvəccöh etmir. M.F.Axundzadə. [Kəblə Rəcəbəli:] Indi mən bir neçə söz deyim, sən də mültəfit ol. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|