İzahlı lüğət

MÜLK

is. [ər.] köhn. 1. Birinə məxsus torpaq sahəsi, malikanə, nəql olunmaz, daşınmaz əmlak. [Hacı Əli:] Bir belə mülkləri dolandırmaq, əlbəttə, asan iş deyildir. N.Vəzirov. // Bina, ev. Həkimin evi.. beşmərtəbəli bir mülkdə idi. Mir Cəlal. Hacı Rəcəblinin mülkü bir dağın döşündə tikilmiş, .. bir hektarlıq yeri tuturdu. Ə.Əbülhəsən. // məc. Obrazlı təşbehlərdə işlədilir. Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. S.Vurğun.
[Sərətan:] Üstündür hələlikşairXaqani; Odur söz mülkünün qadir sultanı. M.Rahim.
2. klas. Ölkə, məmləkət. Sinədən peykanlar çəkmə, dili etmə xərab; Padşahi-adil öz mülkini viran istəməz. S.Ə.Şirvani. Xarici mülkündə də hətta gəzib; Çox tühaf insan görürəm, qorxmuram. M.Ə.Sabir. Şəki mülkündə, xanım, xandır bu; Adlı-sanlı igid Tərxandır bu. A.Şaiq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MUM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed