İzahlı lüğət

MÜNASİBƏT

is. [ər.] 1. İki şey arasındakı nisbət, uyğunluq, müvafiqlik. Sözü ilə əməli arasında münasibət yoxdur. - Nazlının anasına verdiyi sualı ilə yoxsul daxmalarını belə diqqətlə nəzərdən keçirməsinin arasındakı münasibət Çimnaz aryaddan gizlin qalmadı. Ə.Əbülhəsən. Qarşılıqlı əlaqə, rabitə, yaxınlıq. Onunla münasibətimiz yaxşı deyil. Dövlətlər arasındakı münasibət. Əməkdaşların bir-birinə münasibəti. - ..Müsəlman içində əgər birinin bir böyük ilə münasibəti, gediş-gəlişi və dostluğu olmadı, onu saymırlar. C.Məmmədquluzadə. Münasibətilə şəklində zərf - görə, ötrü, əlaqədar olaraq. [Cahan:] Yoldaşlar! Mart ayının səkkizi münasibətilə çağırılmış iclası açıq elan edirəm. Ə.Haqverdiyev. [Komandir:] Çaldığın qələbə münasibətilə səni ürəkdən təbrik edirəm. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed