
MÜNƏCCİMis. [ər.] köhn. 1. Qədim zamanlarda və orta əsrlərdə: Göy cisimlərinin vəziyyət və hərəkətinə əsasən gələcəkdən xəbər vermək iddiasında olan şəxs; astroloq. Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəml atdırıb Məlikməmmədin bəxtinə baxdırdı. (Nağıl). [Cəlaləddin:] Onda mən cavan münəccim Mirzə Sədranı bir qara xəbərlə padşahın yanına göndərərəm. A.Şaiq.
2. Astronomun köhnə adı. Paylaşın - Hamı bilsin
|