İzahlı lüğət

MƏNŞƏCƏ (ID - 28749)

zərf Mənşəyinə görə, mənşə etibarilə, törənişinə görə. Mənşəcə azərbaycanlıdır.

MƏNŞƏLİ (ID - 28750)

sif Müəyyən mənşəyi olan, bu və ya başqa mənşəyə mənsub olan, hər hansı bir mənşədən törəyən. Bitki mənşəli dərman. Hibrid mənşəli heyvan.

MƏNTƏQƏ (ID - 28751)

is. [ər.] 1. Hər hansı bir məqsəd üçün istifadə olunan müəyyən əlamətlərə malik yer. Strateji məntəqə. Müşahidə məntəqəsi. Komanda məntəqəsi. Məskun məntəqə (əhali yaşayan hər bir yer - kənd, qəsəbə və s.). // Hər...

MƏNTİQ (ID - 28752)

is. [ər.] 1. Təfəkkürün qanun və formaları haqqında elm. Dialektik məntiq. Formal məntiq.
Fikrin, əqli nəticənin düzgünlüyü, ağlabatanlığı. Məntiqə ziddfikir. - Şərifzadə Zeynala heç bir haqq vermək istəməyirdi. Onun məntiqindən...

MƏNTİQCƏ (ID - 28753)

zərf Məntiqə, məntiq qanunlarına görə. Məntiqcə düzdür.

MƏNTİQÇİ (ID - 28754)

bax məntiqşünas.

MƏNTİQİ (ID - 28755)

sif. [ər.] 1. Məntiq qanunlarına uyğun, məntiq qanunlarına əsaslanan. Məntiqi sübut. Məntiqi ardıcıllıq. - Mirzə Qədir məntiqi cavab verməkdən çəkinər. S.Hüseyn. // Məntiq qanunlarına əsasən müəyyənləşdirilən, meydana çıxarılan....

MƏNTİQİLİK (ID - 28756)

is. Məntiq qanunlarına uyğunluq, məntiq qaydalarına əsaslanma; məntiqlilik. Nəticələrin məntiqiliyi.

MƏNTİQLİ (ID - 28757)

sif Məntiq qanunlarına uyğun, məntiqi; danışığında məntiq olan. Məntiqli (z.) danışmaq.

MƏNTİQLİLİK (ID - 28758)

is. Məntiq qanunlarına uyğun olma; məntiqilik. Dəlillərin məntiqliliyi.

MƏNTİQSİZ (ID - 28759)

sif. və zərf Məntiqdən məhrum, məntiqlə düz gəlməyən, məntiqə zidd olan; ziddiyyətli, ardıcıl olmayan. Məntiqsiz danışıq. - Insaf dərnəkdə dediklərini bir az məntiqsiz halda anasına izah etdi. Mir Cəlal. Meracın danışığının...

MƏNTİQSİZLİK (ID - 28760)

is. Məntiqdən məhrumluq, məntiqlə uyuşmama, məntiqə zidd olma; qeyri-məntiqilik. Danışığın məntiqsizliyi.
Sözlərindəki məntiqsizlik, fikirlərindəki ziddiyyət, hərəkətlərindəki hoqqabazlıq haqqında olan fikrimi tamamilə...

MƏNTİQŞÜNAS (ID - 28761)

is. [ər. məntiq və fars. ...şünas] Məntiq elmi ilə məşğul olan alim, məntiq mütəxəssisi; məntiqçi.

MƏNTİQŞÜNASLIQ (ID - 28762)

is. Məntiq elmi ilə məşğul olma, məntiqşünasın ixtisası.

MƏNZƏRƏ (ID - 28763)

is. [ər.] 1. Bir yerin uzaqlara qədər gedən ümumi görünüşü, gözün qavraya bildiyi yerin, sahənin, təbiətin görünüşü; axar-baxar. Dağ mənzərəsi. Meşə mənzərəsi. Mənzərələr tez-tez dəyişirdi: gah göy ot və çəmən,...

MƏNZƏRƏÇİ (ID - 28764)

is. Mənzərə şəkilləri çəkən (rəssam). Mənzərəçi rəssam.

MƏNZƏRƏLİ (ID - 28765)

sif. Gözəl mənzərəsi olan; axar-baxarlı. Mənzərəli dərə. Mənzərəli təbiət. Mənzərəli çəmən. - [Murad] yüksək bir yerdə oturdu. Burası mənzərəli bir yer idi. S.Hüseyn.

MƏNZİL (ID - 28766)

is. [ər.] 1. Yaşayış evinin adətən bir neçə otaqdan, mətbəxdən və s.-dən ibarət olan hissəsi. Təzə mənzilə köçmək. Üçotaqlı mənzil. - [Tahir] ikiotaqlı mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. // Ümumiyyətlə,...

MƏNZİLBƏMƏNZİL (ID - 28767)

zərf Bir mənzildən o biri mənzilə qədər; yol gedərkən arada mənzil edə-edə. Ilyas bir aylıq yolu on günə gedib, mənzilbəmənzil gəlib çatdı Məstana. (Nağıl).

MƏNZİLGAH (ID - 28768)

is. [ər. mənzil və fars. ...gah] klas. Yaşayış yeri; mənzil. Nə bilsin bəhr halın ol ki, mənzilgahı sahildir. Füzuli.

MƏNZİLLİ (ID - 28769)

sif 1. Saylarla işlənərək binanın neçə mənzildən ibarət olduğunu bildirir. 50 mənzilli bina.
Eyni mənada körpü haqqında. Üç mənzilli körpü.
Uzaqvuran, kəsərli (tüfəng haqqında). Yaman mənzilli tüfəngdir.

MƏNZİL-MƏNZİL (ID - 28770)

bax mənzilbəmənzil.

MƏNZİLSİZ (ID - 28771)

sif Mənzili olmayan, yaşayış yeri, evi olmayan. Mənzilsiz adam.

MƏNZİLSİZLİK (ID - 28772)

is. Mənzilsiz adamın halı və vəziyyəti. Mənzilsizlikdən əziyyət çəkmək.

MƏNZUM (ID - 28773)

sif. [ər.] Nəzmə çəkilmiş, nəzmlə (şeirlə) yazılmış (mənsur əksi). Mənzum hekayə. - Teymur Mirzənin xahişinə görə Mirzə Əliqulu da öz mənzum əsərlərindən bir neçəsini oxudu. C.Məmmədquluzadə.

MƏNZUMƏ (ID - 28774)

is. [ər.] Mənzum hekayə, dastan, poema. [Səttar] .. Sonanın şirin dili ilə mənzumənin .. birinci beytini oxudu və dişsiz ağzı ilə güldü. Ə.Əbülhəsən.

MƏNZUR (ID - 28775)

is. [ər.] klas. Nəzərdə tutulan, arzu edilən şey; məqsəd, niyyət. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdan onun mənzuru nə ola bilər? Ə.Haqverdiyev. □ Mənzur olmaq klas. - birinin diqqətinə, hüsn-rəğbətinə,...

MƏRAM (ID - 28776)

is. [ər.] İstək, arzu, dilək, tələb. Məramı həyata keçmək. // Məqsəd, niyyət, qəsd. Məramına çatmaq. - [Molla Həmid:] Hələ buyurun görək zəhmət çəkmənizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa məramınız var?...

MƏRAMNAMƏ (ID - 28777)

is. [ər. məram və fars. ...namə] Siyasi partiyanın, dövlət hakimiyyəti mərkəzi orqanının, ictimai təşkilatın, ya da dövlət və ictimai xadimin qarşısına qoyduğu məqsəd və vəzifələrini bəyan edən sənəd; proqram. İndi görək...

MƏRASİM (ID - 28778)

is. [ər. “rəsm” söz. cəmi] Qəbul və ya müəyyən olunmuş qayda və üsullarla icra edilən təntənə, ya başqa adət, ənənə. Bayram mərasimi. Nişan mərasimi. - Əqdnikah mərasimi olduqca təntənəli keçdi.. Çəmənzəminli. Aslan...

MƏRBUT (ID - 28779)

sif və zərf [ər.] köhn. Bağlı, rabitəli, əlaqəli, əlaqədar. [Oqtay:] Daha zəif bir rus aktrisası bir Tatyananı daha az zəhmətlə, daha gözəl oynaya bilər. Çünki ruhu haman mühit ilə mərbutdur. C.Cabbarlı.

MƏRC (ID - 28780)

is. Bir şey üstündə mübahisə edən iki nəfər arasında bağlanan və uduzan tərəfin yerinə yetirməli olduğu bir şeyi nəzərdə tutan şərt. [Dəli Həsən:] Axırda ki, heç olmasa, bircə dəfə mərci biz apardıq. “Koroğlu” . Mərc...

MƏRCAN (ID - 28781)

is. [ər.] 1. zool. Dənizin dibində qayalara yapışaraq dəstələr şəklində hərəkətsiz yaşayan dəniz heyvanı. Süngər, polip, mərcan və sair bu kimi heyvanlar bir yerə yapışaraq yaşayır. M.Qasımov. Mərcanlar Yer kürəsinin ən...

MƏRCANI (ID - 28782)

1. Bax quşüzümü.
sif Qırmızı rəngli; qırmızı. Hamamın qapısından qırmızı mərcanı fitə asardılar ki, yoldan ötən və şeypur səsi eşitməyən kişilər hamamın zənənə olduğunu bilsinlər. H.Sarabski.

MƏRCANQULU (ID - 28783)

is. Bəzi onurğasız heyvanların əsasən qıvrım və ya oval laylı qutucuq şəklində olan qoruyucu bərk qabığı.

MƏRCANOTU (ID - 28784)

is. bot. Əsasən meşələrdə bitən, tərkibində aşı maddəsi olan ot-bitki. Dərmanbalotu, mərcanotu .. meşələrdə bitir. Tərkibində acı maddə və aşı maddəsi vardır. M.Qasımov.

MƏRCANVARİ (ID - 28785)

sif Mərcana bənzər, mərcana oxşar, mərcan kimi.

MƏRCƏK (ID - 28786)

is. Qulağın aşağı ətli hissəsi.

MƏRCİ (ID - 28787)

is. 1. bot. Paxlalılar fəsiləsindən dənli bitki.
Həmin bitkinin xörəkdə işlədilən toxumu. Şorbaya mərci tökmək.

MƏRCİÇİLOV (ID - 28788)

is. Mərci ilə bişirilən çilov.

MƏRCİLİ (ID - 28789)

sif. Tərkibində mərci olan, mərci tökülmüş, mərci ilə bişirilmiş. Mərcili plov. Mərcili xörək.

MƏRCİMƏK (ID - 28790)

bax mərci. Mərci və ya mərcimək .. növünün toxumundan yeyinti məhsulu kimi istifadə edilir və ya yem olaraq heyvanlara verilir. M.Qasımov.

MƏRCİMƏKLİ (ID - 28791)

b ax mərcili. Mərciməkli şorba.

MƏRCİPLOV (ID - 28792)

is. Mərci ilə bişirilən plov növü. Mərciplov bişirmək.

MƏRCLƏŞMƏ (ID - 28793)

"Mərcləşmək” dən f.is.

MƏRCLƏŞMƏK (ID - 28794)

f Mərc çəkmək, mərc gəlmək, mərc tutmaq, çəkişmək. Qızlar mərcləşdilər.

MƏRD (ID - 28795)

is. [fars.] 1. Kişi. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm neçin olmuş sana qalib əsəbiyyət. H.Cavid. Üç nəfər mərd sahibi-iyman; Üçü bir yerdə etdilər peyman. Ə.Qəmküsar.
məc. Sözündə, əhdində möhkəm...

MƏRDANƏ (ID - 28796)

zərf və sif [fars.] 1. İgidcəsinə, qəhrəmancasına, qorxmadan. Mərdanə vuruşmaq.
Mərdcəsinə, açıqcasına. Mərdanə danışmaq. - Başımı top edib yenə meydanə girmişəm; Meydanə girməyə yenə mərdanə ər gərək. Nəsimi.
Kişiyə...

MƏRDANƏLİK (ID - 28797)

1. is. Mərdlik, kişilik, alicənablıq; igidlik. Onların səxavət və mərdanəliyi məni çoxdan bəri özlərinin məddahı etmişdir. M.S.Ordubadi.
2. Mərdanəliklə şəklinlə zərf - mərdcəsinə, mərd kimi, kişi kimi, qoçaqcasına....

MƏRDİMAZAR (ID - 28798)

sif və is. [fars. mərdümazar] Danışığı və ya hərəkəti ilə başqasına zərər vuran, ziyan yetirən, pislik, yamanlıq edən. Mərdimazar adam. // Söyüş məqamında. [Soltan bəy:] Mərdimazar oğlu mərdimazar hayandan gəldisə, bütün...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed