
MƏRAMis. [ər.] İstək, arzu, dilək, tələb. Məramı həyata keçmək. // Məqsəd, niyyət, qəsd. Məramına çatmaq. - [Molla Həmid:] Hələ buyurun görək zəhmət çəkmənizdən qərəz məhz o cənabın ziyarətidir, ya başqa məramınız var? M.F.Axundzadə. Özgə bir məram ilə mən buraya gəlmişəm. Ə.Haqverdiyev. Noğul xanımın məramı bu idi ki, sözləri eşitdikdə Nadirin onlara rəhmi gəlsin. B.Talıblı.
Paylaşın - Hamı bilsin
|