İzahlı lüğət

MƏRCAN

is. [ər.] 1. zool. Dənizin dibində qayalara yapışaraq dəstələr şəklində hərəkətsiz yaşayan dəniz heyvanı. Süngər, polip, mərcan və sair bu kimi heyvanlar bir yerə yapışaraq yaşayır. M.Qasımov. Mərcanlar Yer kürəsinin ən qədim heyvanlarıdır. “Sualtı aləm” .
2. Daşlaşmış halda olan həmin heyvanın bəzi növlərinin işləndikdən sonra bəzək şeyləri qayırmaq üçün istifadə edilən al-qırmızı, çəhrayı və ya ağ rəngli əhəng çöküntüsü. // Həmin daşdan hazırlanan bəzək şeyi. Mərcan taxmaq. Mərcanı sapa düzmək. - Ələsgər qurbandı, a boyu minə! İncidən, mərcandan düzüb köksünə. Aşıq Ələsgər. İncini mərcandan seçən göz gərək; Həyata baxasan gözlüksüz gərək. B.Vahabzadə. // məc. Obrazlı təşbehlərdə al-qırmızı mənasında. Yüz lalə yanaqlı, ləbləri mərcan; Könül dönməz səndən kimsəyə, Pəri! M.P.Vaqif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed