İzahlı lüğət

MƏRD

is. [fars.] 1. Kişi. Çarpışmaq üçün lazım ikən mərdə cəsarət; Bilməm neçin olmuş sana qalib əsəbiyyət. H.Cavid. Üç nəfər mərd sahibi-iyman; Üçü bir yerdə etdilər peyman. Ə.Qəmküsar.
məc. Sözündə, əhdində möhkəm olan adam; vəfalı, etibarlı; alicənab. Mərdlər ilən gəz ki, vəfadar olur; Nakəslərə yoldaş olan xar olur. M.V.Vidadi. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu” . // Sif. mənasında. [Uluq bəy:] Çeşmədən durusan, şəfəqdən oynaq; Belə mərd qızlarla gülər hər ocaq. A.Şaiq.
İgid, qəhrəman, cəsur, qorxmaz adam. Bir badə zəhəri o mərd içərək; Dedi: - Azadlıq çal! - bir kamandara. S.Vurğun. // Sif. mənasında. Bu insan selinin qarşısında tək; Dayandı Qafqazın mərd oğulları. S.Vurğun. Yüksəlsin qoy səsi mərd insanların; Azadlıq hər yerdə qələbə çalsın! N.Rəfibəyli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed