
MƏNTƏQƏis. [ər.] 1. Hər hansı bir məqsəd üçün istifadə olunan müəyyən əlamətlərə malik yer. Strateji məntəqə. Müşahidə məntəqəsi. Komanda məntəqəsi. Məskun məntəqə (əhali yaşayan hər bir yer - kənd, qəsəbə və s.). // Hər hansı bir iş, əməliyyat və s. üçün uyğunlaşdırılmış bina, yer. Qəbul məntəqəsi. Alıcı məntəqəsi. - Göyçək .. səhiyyə məntəqəsində işləyir. Ə.Əbülhəsən. Seçki məntəqəsi gözəl bəzənmiş; Bir yaraşıq verir bizim məhləyə. O.Sarıvəlli.
2. B ax qurşaq 4-cü mənada. Paylaşın - Hamı bilsin
|