
MƏNTİQSİZsif. və zərf Məntiqdən məhrum, məntiqlə düz gəlməyən, məntiqə zidd olan; ziddiyyətli, ardıcıl olmayan. Məntiqsiz danışıq. - Insaf dərnəkdə dediklərini bir az məntiqsiz halda anasına izah etdi. Mir Cəlal. Meracın danışığının məntiqsiz, mündəricəsiz olacağını düşünən Bəhram indi onun danışığını dinləməyi qət etdi. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|