
MÜSTƏSNAsif. [ər.] 1. Ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən. Müstəsna hal. Müstəsna qanunlar. // is. Ümumi qaydadan, adi haldan, normadan kənara çıxma. Bəzi kəlmələr bu qrammatik qaydadan müstəsnadır.
2. Başqaları kimi olmayan, başqalarına bənzəməyən, misilsiz, görünməmiş, qeyri-adi. Müstəsna ustalıq. - Əlikram müstəsna bir məharətlə lazım olanların hamısının damarlarına bələdləşmişdi. B.Bayramov. // Fövqəladə, özü kimilərdən üstün; qeyri-adi, nadir. Müstəsna gözəllik. Müstəsna musiqi əsəri. Öylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl. Füzuli. Paylaşın - Hamı bilsin
|