İzahlı lüğət

MÜXBİR

[ər.] 1. is. Yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisi. Hərbi müxbir. Xüsusi müxbir. - Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə. [Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı.
2. sif. köhn. Xəbəri olan, xəbərdar, baxəbər. [Cahangir bəy:] Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. N.Vəzirov. [Mehrəli bəy:] Görünür, əhvalatdan müxbir deyilsiniz. S.S.Axundov. □ Müxbir etmək köhn. - hadisəni demək, bildirmək, haqqında məlumat vermək, xəbərdar etmək. Çox danışıqdan sonra [Usta Ağabala] arvadını işdən müxbir etdi. Çəmənzəminli. Müxbir olmaq köhn. - xəbərdar olmaq. Əhli-şəhər Hacı Xəlilin vəfatından müxbir olub cəm oldular onun evinə. Ə.Haqverdiyev. [Rəşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə götürdü. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed