
MƏHDUDsif [ər.] 1. Əhatə olunmuş, dövrələnmiş, hüdudlanmış. Hasarla məhdud bir ev. □ Məhdud etmək - hədd qoymaq, hüdud qoymaq, məhdudlaşdırmaq.
Kiçik, əhəmiyyətsiz, az, cüzi. Imkanlarımız məhduddur. Məhdud miqdarda. Vəsait məhduddur. məc. Məlumatı, biliyi az, dünyagörüşü dar. Məhdud adam. Dünyagörüşü məhduddur. - Anamın övlad haqqında təsəvvürü də tamam məhdud və köhnə idi. B.Bayramov. Paylaşın - Hamı bilsin
|