
MƏHƏKis. [ər.] Qızıl və gümüşün əyarını təyin edən bir cins daş. □ Məhək daşı 1) məhək; 2) məc. bir şeyin keyfiyyəti, dəyərini göstərən şey. Dil eyni zamanda şəxsiyyətin qabiliyyət və qanacaq dərəcəsini bildirən bir məhək daşıdır. M.İbrahimov. [Nəcəfalı:] Bəli, sözümün canı budur ki, məni qınasanız da, adamın məhək daşı işdir, vəzifədir. B.Bayramov. Məhəkdən çıxmaq 1) məhək daşı ilə yoxlanmaq, saflığı təyin edilmək. [Molla Həmid:] Otuz iki put iksiri.. otuz ikiput misə vurub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. M.F.Axundzadə; 2) məc. sınaqdan çıxmaq. Məhəkə vurmaq (çəkmək) - yoxlamaq, sınamaq, sınaqdan keçirmək. [Bəhram:] Hər bir işdə gənəşərkən; Qızıl kimi hər sözü mən; Tərəzidə çəkə-çəkə; Tez vururam bu məhəkə. A.Şaiq.
Paylaşın - Hamı bilsin
|