İzahlı lüğət

MƏHCUB

sif. [ər.] klas. Utanmış, utanan, utancaq. [Günəş] məhcub və tutqun bir halda yatağına çəkildi. A.Şaiq. Səhərlər üfüqlər məhcub qız yanaqları kimi qızarırdı. Ə.Məmmədxanlı. □ Məhcub etmək - utandırmaq. [Qızın] yanaqları qüruba süslər verər, dodaqları gülləri məhcub edər qədər gözəl idi. Çəmənzəminli. Məhcub olmaq utanmaq, sıxılmaq, xəcalət çəkmək. Şeytan kimi həqdən bu gün məhcub olan biganədir. Nəsimi. O gülgün çöhrə guya sarsılır, məhcub olur hər an. H.Cavid.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed