İzahlı lüğət

MÖVSÜM

is. [ər.] 1. İlin dörd fəslindən hər biri; fəsil. Payız mövsümü. - Qış mövsümü qayət soyuq, yağmurlu bir havada; Gördü ancaq arvad, uşaq qalmış kənddə, obada. A.Səhhət. Yaz mövsümü çəməndə; Yasəmənmi açılmış? M.Seyidzadə.
İlin, hər hansı bir iş, məşğələ, istirahət və s. üçün istifadə olunan hissəsi; bir şeyin müəyyən vaxtı, zamanı. Idman mövsümü. Teatr mövsümünün açılışı. - Yavaş-yavaş havalar soyuqlaşdıqca bağ mövsümü qurtarmağa başlardı. H.Sarabski. Dövlətlilərin çaydan o taydakı mal-qarasını, atını, heyvanını sudan bu taya keçirməklə [çayqıraqlılar] hər mövsümdə bir qədər qazanc əldə edirdilər. Ə.Əbülhəsən. // Hər hansı meyvənin yetişdiyi, gülün açıldığı vaxt. Üzüm mövsümü. Qızılgül mövsümü. □ Gül (çiçək) mövsümü şair. - yaz, bahar. Budur, gəldi gül mövsümü. M.Müşfıq. Çiçək mövsümündə bir axşam çağı; Yolum Qarabağdan Qazaxa düşdü. H.Arif.
B ax mövsümi 2-ci mənada. Inşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən ibarət idi. Ə.Sadıq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed