
MUGAMAT[ər. “məqam” söz. cəmi] Muğam tərzində olan havalar. Muğamat çalmaq. - Xanəndə muğamat ilə bəyi təbrik edən əşarı oxuyur. R.Əfəndiyev. Məlumdur ki, tar müşayiəti ilə oxunan muğamat parçaları inqilabdan qabaq yazılmış Azərbaycan operalarında musiqinin əsas hissəsini təşkil edir. Ə.Bədəlbəyli.
Paylaşın - Hamı bilsin
|