
MÜRƏKKƏB2is. [ər.] Yazı yazmağa məxsus rəngli maye - boya. Qırmızı mürəkkəb. Qara mürəkkəb. - [Mirzə Səfər] dörd-beş kərrə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Ə.Haqverdiyev. Uşaq qələm, mürəkkəb və kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|