
MALAKAN[rus.] Malakanlıq təriqətinə mənsub adam (b ax malakanlıq). [Hacı Qurban:] ..Atam sənə qurban, mənim qorxum o birəhm malakanlardandır. N.Vəzirov. [Gövhər xanım:] Deyirlər axtarsan, şəhərdə malakanlardan yaxşısını taparsan. İ.Hüseynov. Malakan furqonu köhn. - malakan ustalar tərəfindən düzəldilən üstü çadırlı, dördçarxlı araba. Üstü çatmalı malakan furqonu məscidin qabağında dayandı. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|