
MƏTBƏXis. [ər.] Xörək bişirmək üçün peçi, pilətəsi və s. ləvazimatı olan yer, otaq. Müşkünaz.. mətbəxdə Ənvər üçün xörək hazırlayırdı. Ə.Vəliyev. Mətbəxin divarlarını his basmışdı. Ə.Sadıq. // Qoşunlar hərəkətdə olarkən xörək bişirmək üçün qazanı və pilətəsi olan xüsusi maşın və ya araba. Topçu mətbəxi. Səyyar mətbəx.
Paylaşın - Hamı bilsin
|