İzahlı lüğət

MƏŞVƏRƏT

is. [ər.] Bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə. [Paşa və onun adamları] məclis açıb başladılar məşvərətə. “Koroğlu” . [Cəmaləddin:] İndi, yoldaşlar, məşvərət vaxtı keçmiş, qəti fikirlər və dəyərli işlər görmək lazımdır. C.Cabbarlı. □ Məşvərət etmək (eləmək) - birlikdə müzakirə etmək, məsləhətləşmək. Cəm oluban eylədilər məşvərət. S.Ə.Şirvani. [Hadi lələ:] ..Bu saat Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir. S.S.Axundov. //Məsləhət, gənəşmə. [Rəşid:] Bibi və ana məsləhət və məşvərətdən sonra Fərəcin .. böyük qızını almağa qərar verdilər. T.Ş.Simurq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed