
MƏTİNsif. [ər.] 1. Bərk, möhkəm, sarsılmaz. Mətin qayalara hiddətlə çarparaq çağlar; Səda verər iki yandan qaya, meşə, dağlar. A.Şaiq. ..Bu şəhər bütöv bir çaxmaq daşından ibarət mətin bir qaya üzərində [yerləşmişdi]. S.Rəhimov.
Mətanətli, səbatlı, dönməz, dayanıqlı, etibarlı, sarsılmaz. Mətin qəhrəman. Mətin iradə. - Bu söz düzmü, doğrumu, bu əsrin mətin oğlu. M.Müşfıq. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|