İzahlı lüğət

MÜQAVİMƏT

is. [ər.] 1. Zorakı hərəkətə, zorakılığa qarşı durma; hücuma, təzyiqə, təsirə qarşı güc göstərmə. □ Müqavimət göstərmək - qüvvəyə qarşı dayanmaq, əks-təsir göstərmək, qarşı durmaq. [Polismeyster:] [Mədəndə işləyənlər] müqavimət göstərirlər, general həzrətləri! C.Cabbarlı. Əhali yerindən qalxaraq müqavimət göstərməyə başladı. P.Makulu. Müqaviməti sındırmaq (qırmaq) - qarşıya çıxan qüvvəni rəf etmək, kənar etmək, gücə üstün gəlmək. Düşmənin müqavimətini sındırmaq. - [Səlim] qarlı küləyin müqavimətini qıra-qıra qapını açdı, nazikpaltarda, başıaçıq halda eyvana çıxdı. B.Bayramov.
fiz. Cismin hər hansı dəyişikliyə, təsirə əks-təsir göstərmə xassəsi, qabiliyyəti. Elektrik müqaviməti (cismin elektrikkeçirmə dərəcəsi).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed