İzahlı lüğət

MÜQƏSSİR

sif və is. [ər.] 1. Təqsiri olan, günahı olan; təqsirkar, günahkar. [Balaş:] Mən müqəssirəm, Sevil! C.Cabbarlı. Müqəssirlə üz-üzə gələndə İmran kişinin gözlərindən qəzəb yağırdı. M.Hüseyn. [Mədəd] özlüyündə Xanpərini müqəssir bilir, Xanpəri isə onu günahkar hesab edirdi. Ə.Vəliyev. Qanunən təqsirkar sayılan, təqsiri olan adam; suçlu, cani, cinayətkar. Müqəssirə cəza kəsmək. Müqəssirin işinə baxmaq. - Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar. M.S.Ordubadi. Müqəssiri gətiriniz, deyə məhkəmə [sədri] əmr etdi. H.Nəzərli.
□ Müqəssir kürsüsü - məhkəmədə; müqəssirlərin oturduğu yer. Katib qabaq tərəfdə, müqəssir kürsüsündə, əli silahlılar arasında əyləşmişdir. S.Rəhimov. Müqəssir kürsüsündə oturmaq - məhkəmə məsuliyyətinə cəlb olunmaq, məhkəməyə düşmək, mühakimə olunmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MUY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed