
MÜLAHİZƏis. [ər.] Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi-nəzər. Mən öz mülahizəmi deyirəm, düşündüyümü deyirəm. C.Cabbarlı. Mülahizə etmək (eləmək) köhn. - nəzərə almaq, nəzərinə çarpmaq, düşünmək. [Aslan:] Hər kəs də gərək böylə şeyləri mülahizə eləsin və qansın. İ.Musabəyov. // Görmək, müşahidə etmək, duymaq. Katib Kosanın sifətində bədbəxtliyi xəbər verən bir əlamət olduğunu mülahizə edərək qorxuya düşdü vəyerindən ayağa qalxdı. S.Rəhimov. // Adətən cəm şəklində. Fikirdə tutulan planlar, təxminlər, hesablamalar. Taktiki mülahizələrə görə. Pedaqoji mülahizələr.
Paylaşın - Hamı bilsin
|