
MÜQƏRRƏBis. [ər.] köhn. Məhrəm, dost, çox yaxın, səmimi yoldaş, sirdaş. [Vəzir:] Sultan Mahmud Qəznəvi müqərrəblərindən birisinin boynunu öz əli ilə vurdu. M.F.Axundzadə. Bəhmən Mirzə üstüncə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiyaya tərəf çevirdi. Ə.Haqverdiyev. ..Gecə-gündüz [yasavul] qulluğun dərdini çəkir, buna görə də özünü kovxanın canbir qəlb müqərrəbi göstərirdi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|