
MƏNFURsif. [ər.] Nifrət olunan, nifrətə layiq, nifrətli, xoşa gəlməyən, çox pis; sevilməyən, istənilməyən. [Humay:] Cəmili azarlatdığım o mənfur saat, o məşum dəqiqələr kaş ki, yaranmayaydı. H.Cavid. [Səfərəli:] Mən sizi düşmənlərin bu mənfur hərəkətinə etiraz etmək üçün tətilə çağırıram. H.Nəzərli. ..Düşünürdü ki, artıq qorxunu mənfur bir hiss kimi ürəyindən çıxarıb atmalıdır. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|