
MƏNƏVİsif [ər.] İnsanın daxili, ruhi aləmi ilə bağlı olan, mənəviyyatla əlaqədar; batini, qeyri-cismani, qeyri-maddi. Insanın mənəvi aləmi. Mənəvi tələbat. Mənəvi məsuliyyət. Mənəvi əzab. - Kimsə [Zeynalı] sevməyir, müdafiə etməyir, mənəvi və maddi müavinətdə bulunmayırdı. S.Hüseyn. Mənəvi bir qüvvə sanki [Rubabənin] çiyinlərindən tutub, vücudunu ağac kimi bərk silkələdi. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|