İzahlı lüğət

MƏNFİ

sif. [ər.] 1. Mənfilik bildirən, inkar bildirən, rədd edən (müsbət əksi). Mənfi cavab.
Gözlənilən nəticənin ziddinə olan, heç bir müsbət nəticə verməyən. Mənfi nəticə. // Pis, fəna. Mənfi rəy. Mənfi tip. Mənfi xasiyyətnamə. - [Mahmud:] İki dəfə müayinə nəticəsi mənfi olub, bu dəfə də mənfi olacaq. Çəmənzəminli. Məlumdur ki, tənqidi realistlərin əsas diqqəti həyatın mənfi cəhətlərində idi. M.Ibrahimov.
riyaz. Sıfırdan az. Mənfi kəmiyyət (ədəd). // Sıfırdan aşağı olan hava temperaturunu göstərmək üçün işlədilir. Mənfi ( - ) 3° soyuq.
fiz. Elektrikin, hissəcikləri elektronlardan ibarət növünə aid olan. Mənfi elektrik yükü.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed