
MÜHAFİZƏKARis. [ər. mühafizə və fars. ...kar] 1. Vaxtı keçmiş, köhnə qaydaları, adət və ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnəpərəst. [Yaşlı kişi:] [Tacir] dinçi və mühafizəkar idi, “sübhanallah” zikri dilindən düşməzdi. S.Hüseyn. Atası bir az mühafizəkar vəpulpərəstdir. Ə.Vəliyev. // Sif. mənasında. Mühafizəkar qoca. - Şərəfizadə mühafizəkar .. bir adamdır. S.Hüseyn.
2. Mühafizəkar siyasi partiyanın üzvü. [Osmanlıda] hürriyyətpərəstlər ilə mühafizəkarlar arasında bəzi ictimai fəsadlar vüquə gəlməkdədir. F.Köçərli. Paylaşın - Hamı bilsin
|