
MÜFƏSSƏLsif. və zərf [ər.] Ətraflı, təfsilatlı, geniş (müxtəsər ziddi). Müfəssəl məktub. Müfəssəl danışmaq. - [Ələsgər:] Əhvalatın hamısını mən yaxşı bilirəm. Tamam müfəssəl mənə nağıl ediblər. Ə.Haqverdiyev. [Müəllim:] Siz yuxarı sinifdə tarix dərslərində onun haqqında müfəssəl məlumat alacaqsınız. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|