
MASQARAis. [ər.] İstehza, ələ salma, dolama, rişxənd, gülmə. Ancaq bəziləri masqara üçün sonralıqca vərdiş etdiklərindən [Süleyman bəyə] “Mirzə Süleyman bəy” deyirdilər. B.Talıblı. [Şah İsmayıl] yoldaşına kömək çıxaraq bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı.. Ə.Sadıq. □ Masqara etmək - istehza eləmək, ələ salmaq, araya qoymaq, dolamaq. Məktəbin tələbələri Hüseynin .. iri ayaqqabılarına masqara edib gülürdülər. S.Rəhimov. Masqaraya qoymaq - bax masqara etmək. “Molla Nəsrəddin” istixarəni masqaraya qoyub, ya şəriəta! C.Məmmədquluzadə. [Nazlı:] Görürsənmi, Cabbar əmi də səni masqaraya qoyur. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|