
MANis. dan. Eyib, nöqsan, kəsir. □ Man deyil - eyib deyil, nöqsan sayılmır. Kasıblıq man deyil. - Arvad alıb-boşamaq zəmanəmizdə man deyil və ən asan işlərin birisidir. E.Sultanov. Amerikada bu adətdir; Oğru olmaq man deyildir. R.Rza. □ Man etmək (eyləmək) - eyib tutmaq; eyibləmək; nöqsan bilmək. Sinə açıq, zülf pərişan, üz yara; Məni belə görən sənə man eylər. Aşıq Bəyim. Man tutmaq (bilmək, görmək) - bax man etmək (eyləmək). [Allahqulu:] Çimnaz xala, .. qələt eləmişəm, sən atanın goru, man görmə! Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|