
MALYEMƏZis. Öz zəruri ehtiyaclarına belə pul xərcləməyən, imkanı, varı-dövləti olduğu halda korluqla yaşayan xəsis adam. Malyeməzin malını yeyərlər. (Ata. sözü). [Qoca:] Oğlum, sən nə bildin ki, ölən malyeməz imiş? “Əsli və Kərəm” . [Qulu:] Yəni belə malyeməzin malını yemək haramdır? S.S.Axundov.
Paylaşın - Hamı bilsin
|