İzahlı lüğət

MÜBARİZƏ

is. [ər.] 1. Bir-birinə zidd ictimai qrupların, əqidələrin, mənafelərin və s.-nin üstünlük, hakim mövqe tutmaq uğrunda bir-biri ilə fəal toqquşması. Dilsiz, sağır göylərə dirək oldu haqq səsi; Başlandı bu ölkənin meydan mübarizəsi. B.Vahabzadə. // Hər hansı məqsədə çatmaq üçün çalışma; cəhd, təşəbbüs. Illikplan uğrunda mübarizə. Qənaət uğrunda mübarizə. - Maarif sahəsində mübarizə, əsasən, tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq. Haqq yolunda mübarizə şüarıyla çıxdım yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola! N.Rəfibəyli. // Bir şeyi aradan qaldırmaq, ona qalib gəlmək üçün çalışma, fəaliyyət göstərmə. Ziyanvericilərlə mübarizə. - [Xasay] əynindəki nimdaş şalpencəyini çıxarıb alovla mübarizəyə başladı. Ə.Vəliyev. [Aydın:] Mən gəlmişəm, qızdırma ilə mübarizə aparam. H.Seyidbəyli.
Vuruşma, dava, döyüş. Böyük bir cəbhədə ölüm-dirim mübarizəsi getdikcə qızışır. M.İbrahimov. Vətən müharibəsi.. mərd oğullarını düşmənlə mübarizə meydanına atdı. S.Vəliyev. // Əlbəyaxa vuruşma.
məc. Bir-birinə zidd duyğuların, meyillərin, arzuların toqquşması, bunlardan hansı birinə üstünlük verməkdə daxilən göstərilən səy. Oz-özü ilə mübarizə. - [Zəmigar xanım] qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsə də, özü ilə mübarizə aparmağı bacarmırdı. İ.Şıxlı.
İdman yarışı; yarışma. Inadlı mübarizədən sonra neft Bakısının komandası birinci yeri tutdu. (Qəzetlərdən).
dan. Söyüşmə, dava-dalaş, vuruşma. Bir azdan sonra kişi bu yazığın üstünə ikinci bir arvad alardı. Iki gününün arasında böyük mübarizə başlanardı. H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed