
MÜCƏSSƏMsif. və is. [ər.] Təcəssüm etmiş, sanki cisim halına girmiş, cisimlənmiş, canlanmış; konkret maddi bir şəkil almış. Ey mücəssəm duyğu, ey ülvi bəşər; Ey çamırlıq içrə düşmüş saf zər! A.Səhhət. Mücəssəm bir xəyalət, ya həqiqətsənmi sən, cana! M.Hadi. Pristavın alovlu, nifrətlə dolu gözləri, dəmir yumruqları onun nəzərində mücəssəm oldu. H.Nəzərli.
Paylaşın - Hamı bilsin
|