İzahlı lüğət

MÜBALİGƏ

is. [ər.] 1. Bir şeyi həddindən artıq şişirtmə, böyütmə, artırma. [Zeynal] deyirdi ki, “mənim aylıq mədaxilim beş yüz manatdır” . Bu sözlər, mübaliğə də olsa, həqiqətə yaxındı. S.Hüseyn. Mübaliğə başqa, yalan başqadır. Qantəmir. Demək, Qaraxanın sözündə heç də mübaliğə yoxmuş. İ.Hüseynov. □ Mübaliğə etmək - şişirtmək, artırmaq, böyütmək (sözü, işi və s.-ni). Şübhəsiz, Kəyan mübaliğə edirdi. O, Qulam qədər qorxmurdu. Ə.Əbülhəsən.
ədəb. Təsvir edilən hadisənin, şeyin, vəziyyətin təsirini artırmaq üçün onları qəsdən şişirtməkdən ibarət ədəbi üsul.
□ Mübaliğə olmasın... - “həqiqətən belədir” , “düzü budur” , “həqiqi sözümdür” və s. mənalarda işlədilən ifadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MAX

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed