
MƏZHƏKƏis. [ər. müzhikə] 1. Gülməli, güldürücü danışıq, söhbət, hərəkət, oyun; əhvalat, lətifə. Yol uzunu Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü. S.S.Axundov. Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər elədi, məzhəkə dedi. Mir Cəlal.
2. Komediya. Ərəstu faciəni məzhəkədən ayırmaq istəmişdir. Ə.Sultanlı. □ Məzhəkəyə qoymaq - ələ salıb gülmək, araya qoymaq, lağa qoymaq. Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tumanbağısını məzhəkəyə qoymazsınız. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|