İzahlı lüğət

MƏYUS

sif. və zərf [ər.] Ümidsiz, ümidini kəsmiş, ruhdan düşmüş; naümid; qəmli, qüssəli, bikef, pərişan, pərt. Məyus adam. Məyus oturmaq. - [Nemət] yorğun və məyus bir halda evə dönüb yatdı. Çəmənzəminli. Uşaq firtıqlı burnunu çəkib, məyus nəzərlərini anasına dikdi. M.İbrahimov. □ Məyus etmək - naümid etmək, ümidini qıraraq qəmləndirmək, ruhdan salmaq, kefini pozmaq, pərt eləmək. Məyus olmaq - ümidini itirərək bikef olmaq, ruhdan düşmək, pərt olmaq. Ah, səd ah ki, dildardən oldum məyus; Soldu gül, gülşənü gülzardən oldum məyus. S.Ə.Şirvani. İş adamlarda elə bir ruh yüksəkliyi oyatmışdı ki, oraya buraxılmayan şagirdlər çox məyus olmuşdular. H.Seyidbəyli.
məyus-məyus zərf Məyus halda, pərişan halda; məyuscasına. Məyus-məyus oturmaq. Molla Tanrıverdi məyus-məyus baxırdı, yenə də nitqi olmadı ki, danışsın. E.Sultanov. Kosa məyus-məyus, göz yaşlarını axıda-axıda qapını açıb çıxdı. S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed