İzahlı lüğət

MƏZHƏB

is. [ər.] 1. Din. Islam məzhəbi. Xristian məzhəbi. - Əgər övrəti bu əməldən xəbərdar olsa, haman saat ərindən boşanar və boşanmağına da məzhəbləri ixtiyar verər. Məmmədquluzadə. Bizim babalar məzhəb ayrılığını bəhanə edib çara əsgər vermirdilər. M.Rzaquluzadə. // Dini cərəyanlardan hər biri; təriqət. [Yaşlı kişi:] Fəqət müxtəlif məzhəb və təriqətlərə mənsub olan müsəlmanlar hamısı bu barədə müttəfiq deyillər. S.Hüseyn.
2. köhn. Məslək, əqidə mənasında. Iki nəfər vəkil yenə müsəlmançılıqdan çıxıb sosial-demokrat məzhəbinə daxil olublar. C.Məmmədquluzadə.
□ Ara qarışıb məzhəb itmək - b a x ara.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

MEH

......