
MAŞALLAH[ər.] “Allah gözdən saxlasın” , “afərin” , “mərhəba” kimi mənalarda bəyənmə və tərif bildirir. [Mirzə:] Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır. Ə.Haqverdiyev. [Anası:] Oğlum axırda oxuyub nəçərnik olacaq. Maşallah, indidən elə nəçərnik kimi də dolanır. Qantəmir. // Bəzən istehza, kinayə məqamında işlənir. Maşallah, gecə-gündüz valimiz; Çalır fartapiyan, oynayır bilyart. Q.Zakir. Maşallah, söz danışana! Götürüb qarpız qabığını şappıltı ilə vurasan .. danışanın ağzından, ağzını yumsun, getsin işinə. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|